Masallıda ölümlə nəticələnən yol qəzası baş verib
Masallı, 7 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Masallıda baş verən qəzada 13 yaşlı sərnişin ölüb, sürücü isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "VAZ 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]