Masallıda soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Masallı, 31 mart (AZƏRTAC). Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, ziyalılar, şagirdlər və minlərlə rayon sakini faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]