Mayın birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək
Bakı, 5 may, AZƏRTAC
Mayın 6-dan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 6-da Abşeron yarımadasının bəzi yerlərində küləyin arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Mayın birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]