Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDB çərçivəsində əməkdaşlığın əhəmiyyəti ŞƏRH

MDB çərçivəsində əməkdaşlığın əhəmiyyəti  ŞƏRH

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin növbəti dəfə Bişkekə səfər etdi. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlətimizin başçısı səfər çərçivəsində ayrıca Rusiyanın Prezidenti ilə də görüşdü. Görüşdə həm ikitərəfli əlaqələrin inkişafı və həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ ərazisindəki mövcud durum müzakirə olundu.

Azərbaycan Avrasiya miqyasında yaradılmış çoxsaylı əməkdaşlıq formatlarında təmsil olunur. Ölkəmiz bərabərhüquqlu əməkdaşlıq etməyə hazır olan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir. MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət vektorlarından biri kimi daim inkişaf etdirilməkdədir.

MDB 1991-ci ildə yaradılmasına baxmayaraq Azərbaycan bu təşkilata yalnız 1993-cü ilin sentyabrında üzv oldu. Bu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilkin strateji addımlardan biri idi. O zaman ölkəmizin MDB-yə üzv olmasına cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli yanaşmalar vardı. Heydər Əliyev Ermənistanın bu təşkilatda üzv olduğunu nəzərə alaraq bu təşkilat çərçivəsində Azərbaycana qarşı gözlənilən təzyiqlərin qarşısını almaq və birliyin imkanlarından maksimum dərəcədə Azərbaycanın mənafeyinə uyğun faydalanmaq məqsədilə belə bir strateji seçim etdi. Zaman Heydər Əliyev seçiminin ən doğru yol olduğunu göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, ölkəmizi MDB məkanı ilə yaxından əməkdaşlığa cəlb edən bir sıra mühüm amillər var. Onlardan biri sovet dönəmində bu ərazidə yerləşən respublikalarla iqtisadi-ticari iş birliyimiz və tarixi işgüzar əlaqələrin bərpası və fayda gətirmək potensialının olmasıdır. Digər önəmli amil MDB ərazisində bütövlükdə bir milyondan çox soydaşımızın yaşamasıdır ki, onların Vətənlə daimi əlaqəsini təmin etmək üçün ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasına ehtiyac var. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş MDB çərçivəsində əməkdaşlıq siyasətində mədəni-humanitar əlaqələr xüsusi yer tutur.

“Daha bir önəmli amil isə MDB üzvü olan ölkələrin dördünün məhz dövləti olmasıdır. Həmin dövlətlərlə Türk Dövlətləri Təşkilatındakı tərəfdaşlığımız MDB platformasında da yaxından əməkdaşlıq etməyimiz üçün münbit zəmin yaradır. Bu baxımdan Orta Dəhliz boyunca yerləşən MDB üzvü olan türk dövlətləri ilə əlaqələrimizin MDB formatında da ən geniş şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə verdiyi əhəmiyyət MDB çərçivəsində aparılan siyasətlə də uğurlu şəkildə uzlaşdırılır.

MDB çərçivəsində əməkdaşlığımız qarşılıqlı faydalı əməkdaşlığa söykənir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il isə artım hələlik 20 faizdən çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-yə üzv olan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Azərbaycan ərazisində kəsişən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən layihələr bütün MDB üzvlərinin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi və iqtisadi əlaqələrini yalnız ölkəmizin siyasi məqsədlərinə müvafiq şəkildə və ölçüdə reallaşdırır. Odur ki, Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın daha çox ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilata üzv dövlətlər arasında qarşılıqlı dialoq məkanı kimi çıxış etməyə çalışır.

“MDB Dövlət Başçılarının budəfəki sammitində qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, həm də Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi qeydə alındı. Ölkəmizin növbəti dəfə nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi Birlik üzvləri ilə uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaqdır.

MDB dövlət başçılarının sammitində diqqət çəkən məqamlardan biri də Ermənistan baş nazirinin bu tədbirə qatılmaması oldu. Ermənistan növbəti dəfə öz siyasi maraqlarını üzvü olduğu təşkilatla deyil, onu bu üzvlükdən uzaqlaşdırmaqla Ermənistanı öz vassalına çevirmək istəyən üçüncü qüvvələrin maraqları ilə uzlaşdırdı. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ