MDB-nin mənzil-qərargahında Daimi Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək
Minsk, 9 iyun, AZƏRTAC
İyunun 16-da Belarusun paytaxtında yerləşən MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən bildiriblər.
Tərəflər MDB Hökumət Başçıları Şurasının iclasının (Astana, 29 may 2015-ci il) yekunlarını və qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində Daimi Nümayəndələr Şurasının, habelə Birliyin İcraiyyə Komitəsinin vəzifələrini müzakirə edəcəklər.
İclasda texniki peşə və orta ixtisas təhsili sistemində peşə hazırlığı, kadrların yenidən hazırlanması və ixtisasının artırılması sahəsində Belarusun “Respublika Peşə Təhsili İnstitutu” müəssisəsinin - MDB-nin iştirakçısı olan dövlətlərin baza təşkilatının fəaliyyətini müzakirə etmək planlaşdırılır.
Bundan başqa, Şuranın üzvlərinə MDB dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının növbəti iclaslarının gündəlik layihələri barədə təkliflər təqdim olunacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]