MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIMLAR VERİLİR
Kürdəmir rayonunda 2743 nəfər məcburi köçkün məskunlaşmışdır. Onlara Dövlət Qaçqınkomun xətti ilə və BMT-nin “Ümumdünya Ərzaq Proqramı” çərçivəsində yardımlar verilir.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə fevral ayının birinci yarısında Dövlət Qaçqınkom tərəfindən (xarici humanitar təşkilatlardan yardım almadan) 596 ailəyə 80 milyon 812 min manatlıq ərzaq yardımı göstərilmişdir. Eyni zamanda 1900 nəfər məcburi köçkünə “Ümumdünya Ərzaq Proqramı” çərçivəsində ərzaq paylanmışdır.