MƏDƏNİYYƏT MƏRKƏZİNİN TƏŞƏBBÜSÜ İLƏ SOYDAŞLARIMIZA YARDIM AYRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidəki Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi şəhərdəki imkansız azərbaycanlı ailələrinə, Böyük Vətən müharibəsi veteranlarına, əlillərə Yeni il münasibəti ilə maddi yardım etmişdir.
Mərkəzin direktoru Məmməd Gülməmmədov demişdir ki, hazırlanmış siyahıya uyğun olaraq, şəhər bələdiyyəsinin ayırdığı 4 min lari (2,2 min dollar) maddi yardım 70-dək soydaşımıza paylanmışdır.
Xatırladaq ki, Mərkəzin təşəbbüsü ilə Tbilisi şəhər bələdiyyəsi ötən il Novruz bayramında da imkansız ailələrə xeyli yardım göstərmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]