Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Bakı, 19 yanvar, AZƏRTAC
Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub.