Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb
Bakı, 16 fevral, AZƏRTAC
HƏMAS hərəkatının siyasi bürosunun üzvü və Qəzza sektorundakı rəhbəri Xəlil əl-Heyya Qahirədə Sülh Şurasının anklav üzrə nümayəndəsi Nikolay Mladenovla görüşərək danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Drop Site” portalı məlumat yayıb.
Danışıqlardan sonra Xəlil əl-Heyya portala bildirib ki, tərəflər hərəkatı tərk-silah etmək üçün Sülh Şurasından və ABŞ-dən hələlik heç bir təklif almayıblar. O, görüşdə digər mövzuların da müzakirə olunduğunu deyib.
Yanvarın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan Fələstin radikallarının tərk-silah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və sektorun idarə olunması üçün strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]