Media: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edəcək
Bakı, 20 aprel, AZƏRTAC
İran Hörmüz boğazındakı gərginliyə baxmayaraq, aprelin 21-də Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi bu barədə danışıqların gedişindən məlumatlı olan mənbələrə istinadla məlumat yayıb. Pakistan mənbələrinin məlumatına görə, İran nümayəndə heyəti aprelin 21-də İslamabada gələ bilər. Tehran hələ ki, danışıqlarda iştirakını rəsmən təsdiqləməyib.
Agentliyin həmsöhbətləri bildiriblər ki, İran nümayəndə heyətinin tərkibi eyni qalacaq: ona parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə isə Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner daxil olacaq. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçinin də iştirak edəcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]