“MEDİAlab” layihəsi çərçivəsində təşkil ediləcək növbəti seminara qeydiyyat başlayıb
Bakı, 1 may, AZƏRTAC
“MEDİAlab” layihəsi çərçivəsində təşkil ediləcək növbəti seminara qeydiyyat başlayıb.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin(MEDİA) təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Xəbərin gələcəyi: Rəqəmsal dövrdə jurnalistikanın gələcəyi ilə bağlı tendensiyalar” mövzusunda seminar keçiriləcək.
Seminarda iştirak etmək istəyənlər mayın 4-ü saat 16:00-dək Agentliyin saytından qeydiyyatdan keçə bilərlər(https://media.gov.az/fealiyyet/layiheler/MEDAlab-layihesi/).
Qeyd edək ki, mayın 5-də keçiriləcək növbəti seminar ADA Universitetində baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]