Məhəmməd Bağer Qalibaf Cənubi Qafqazda terrorizm cəhdlərinə qarşı mübarizənin vacibliyini vurğulayıb
Moskva, 10 fevral, AZƏRTAC
İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair Rusiyanın səylərini alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya Diplomatik Akademiyasında keçirilən görüşdə söyləyib.
“Bu münaqişənin davam etməsi İranın Şimal sərhədində təhlükəsizliklə bağlı məsələlərə səbəb ola bilərdi. Biz Rusiyanın bu müharibəyə tezliklə son qoymaq cəhdlərindən razıyıq”, - deyə o bildirib. O, həmçinin regionda hələ də terror təhlükəsinin mövcud olduğunu və bu təhlükəyə qarşı mübarizə aparılmasının vacibliyini də vurğulayıb.
Məhəmməd Bağer Qalibaf region ölkələrini dayanıqlı əməkdaşlığa çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]