MƏHKƏMƏ QƏRARLARININ ƏKSƏRİYYƏTİ İCRA OLUNUR
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, son iki ildə Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin strukturları tərəfindən həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, ötən ilin 6 ayı ərzində məhkəmələr tərəfindən qəbul olunmuş qərarların 90 faizi icra edilmişdir. İcra sənədləri üzrə dövlət büdcəsinə 32 milyard manatdan çox vəsait ödənilmişdir. Hər iki göstərici əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Qərarları icra etməyən 400-dən artıq şəxs inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur.