MƏHKƏMƏ QƏRARLARININ İCRA FAİZİ ARTMIŞDIR
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, son iki ildə Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin strukturları tərəfindən həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, 2005-ci ilin 6 ayı ərzində məhkəmələr tərəfindən qəbul olunmuş qərarların 90 faizi icra edilmişdir. İcra sənədləri üzrə dövlət büdcəsinə 32 milyard manatdan çox vəsait ödənilmişdir. Hər iki göstərici əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Qərarları icra etmədiyinə görə, 400-dən artıq şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]