MƏKKƏDƏ MEHMANXANA QANUNSUZ ÜSTTİKİLİLƏRƏ GÖRƏ ÇÖKMÜŞDÜR
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin nümayəndəsi general-mayor Mənsur ət-Türki jurnalistlərə bildirmişdir ki, mehmanxananın sahibləri həcc dövründə buraya düşən müsafirlərin sayını artırmaq üçün şəhər hakimiyyətinin icazəsi olmadan binanın üstündə əlavə otaqlar tikdirmişdilər. Onun sözlərinə görə, mehmanxananın çökməsi nəticəsində 19 zəvvar - 11 kişi və 8 qadın həlak olmuş, 59 nəfər yaralanmışdır.
Lakin bəzi ərəb KİV-lərinin məlumatına görə, 23 adam ölmüş, 80 nəfər xəsarət almışdır.
Mehmanxanada Birləşmiş Ərəb Əmirliklərindən, Tunis və Misirdən 65 zəvvar qalırdı.
Hazırda Səudiyyə Ərəbistanında azı 1,5 milyon zəvvar var. Bu il həcc mərasimləri yanvarın 8-də başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]