MEKSİKA PAYTAXTINDA GÖL YOXA ÇIXMIŞDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Meksika paytaxtının Çapultepek parkında yerləşən göl hamının gözü qarşısında qurumağa başlamışdır. Böyük süni sututar bir neçə dəqiqəyə yox olmuş, onun yerində qalan gölməçələrdə və lilin içində isə minlərlə karp çapalayırdı. Burada dincələnlərin, parkın işçilərinin və mülki müdafiə dəstələrinin birgə səyi nəticəsində balıqların əksər hissəsini xilas etmək mümkün olmuşdur.
Yerli miqyaslı ekoloji faciəyə isə gölün dibində əmələ gələn çuxur səbəb olmuşdur. Demə, burada, yerin altında çoxlu mağara var imiş və 50 min kubmetrdən çox su gölün dibində yaranan çuxurdan axıb getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]