MEKSİKANIN XARİCİ MƏSƏLƏLƏR ÜZRƏ ŞURASI BALKANLAR VƏ QAFQAZ BÖLGƏLƏRİNDƏ VƏZİYYƏTİ ARAŞDIRMIŞDIR
AZƏRTAC-ın Azərbaycanın Mexikodakı diplomatik nümayəndəliyindən aldığı məlumata görə, Meksikanın Xarici Məsələlər üzrə Şurası “Balkanlar və Qafqaz - yeni soyuq müharibənin işarələri?” mövzusunda konfrans keçirmişdir. Konfransda Serbiyanın Meksikadakı səfiri Milisav Paik və Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili İlqar Muxtarov çıxış etmişlər.
İ.Muxtarov Azərbaycanın mürəkkəb geosiyasi məkanı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsinin tarixinə dair iştirakçılara ətraflı məlumat vermişdir. O vurğulamışdır ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Diplomat Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi mühüm rolu və ölkəmizdə həyata keçirilən regional əhəmiyyətli enerji layihələri haqda da danışmışdır.
Serbiya və Azərbaycan təmsilçiləri yekdilliklə qeyd etmişlər ki, ABŞ ilə Rusiya arasında münasibətlər son vaxtlar gərginləşsə də, yeni soyuq müharibənin mümkünlüyü mövcud deyildir.
Konfransda Meksikanın Maliyyə və İqtisadiyyat nazirliklərinin, Dünya Bankının nümayəndələri və elmi dairələrin təmsilçiləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]