“Məktəbimizdə” fotorubrikası Lənkəran rayonu Darquba kənd tam orta məktəbinə həsr olunub
Bakı, 27 may, AZƏRTAC
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, budəfəki “Məktəbimizdə” fotorubrikası Lənkəran rayonu Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinə həsr olunub. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.
Fotorubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.