MƏKTƏBLƏRDƏ ƏLAVƏ SİNİF OTAQLARI TİKİLİR
AZƏRTAC xəbər verir ki, bu il dövlət vəsaiti ilə Saatlı rayonunun Bəylik kəndində 192, daha üç məktəbdə isə 500 yerlik 25 əlavə sinif otağı tikilib istifadəyə veriləcəkdir. Məktəblərin cari və əsaslı təmirinə də xüsusi diqqət yetirilir. Hazırda Azadkənd, Qara Nuru, Əliabad, Məmmədabad kənd və 3 saylı şəhər orta məktəbləri daxili imkanlar hesabına yenidən qurulur.