Məktəblilərin boks üzrə Avropa birinciliyinə seçim yarışı başlamışdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Biləsuvar Olimpiya İdman Kompleksində 4-cü Respublika Oyunlarının proqramına daxil olan boks üzrə 13-14 yaşlı yeniyetmələr arasında təşkil olunmuş yarışların final mərhələsinə start verilmişdir.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən xəbərə görə, yarışlarda uşaq-gənclər idman məktəbləri, idman klubları, idman cəmiyyətləri və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər.
Final yarışları mayın 22-dək davam edəcəkdir.
Bu yarışların məqsədi iyulun 7-dən 16-dək məktəblilərin Qroznı şəhərində keçiriləcək Avropa birinciliyində iştirak etmək üçün yığma komandanın heyətini formalaşdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]