Məktəblilərin ətraf mühit sahəsində bilik və bacarıqları artırılır
Bakı, 26 noyabr, AZƏRTAC
Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbir noyabrın 26-da Bakının Sabunçu rayonundakı 107 saylı orta məktəbdə keçirilib. Görüşdə 50-dən artıq şagird iştirak edib. Nazirliyin əməkdaşları tərəfindən onlara təbii sərvətlərin qorunması, su ehtiyatlarının, istehsalat və məişət tullantılarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, habelə ölkəmizin ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin mühafizəsi və s. mövzularda geniş informasiya verilib.
Tədbirdə Azərbaycanda ekologiya sahəsində görülmüş işləri əks etdirən film nümayiş olunub, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]