Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məlahət İbrahimqızı: Radikal müxalifətin ermənipərəst mövqeyi

Məlahət İbrahimqızı: Radikal müxalifətin ermənipərəst mövqeyi

Bakı, 12 yanvar, AZƏRTAC

Bu günlərdə dünya mətbuatının əsas manşetləri hələ də ABŞ-da Tramp tərəfdarlarının etiraz aksiyaları və bu aksiyalardan qaynaqlanan hadisələr olsa da, bizim üçün ən vacib hadisə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilən görüşü oldu. Hər iki tarixi hadisə bir-biri ilə heç bir cəhətdən oxşar və əlaqəli olmasa da, ölkəmizdəki radikal və antimilli qüvvələrin iç üzünün bir daha ifşa olunması üçün ciddi bir müqayisədir. Vaşinqtonda baş verənlərə elə ilk dəqiqələrdən dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları, tanınmış politoloqlar və ekspertlər tərəfindən müxtəlif rəylər bildirildi. Hələ də mətbuatın ana gündəmi olan Vaşinqtonda baş verənlərə sözsüz ki, heç kəs sevinmir. Hərçənd ki, belə bir olayın cüzi hissəsi Azərbaycanda baş versəydi, ermənipərəst dünya liderləri və erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən bir qrup qərəzli beynəlxalq təşkilatlar bunu inqilab adlandırar, hələ üstəlik ona bir rəng də vurardılar. Əslində, Vaşinqton hadisələri o qədər dolaşıq və qarışıqdır ki, ona ancaq göy qurşağı adı vermək olar. Əlbəttə, “Başqalarına külək arzulayanda, özündə fırtına baş verər” demişdi atalarımız. Bütün bunlara baxmayaraq, əminik ki, ABŞ dövləti və ABŞ demokratiyası baş vermiş bu qaranlıq hadisələrdən güclüdür və tezliklə hər şey yoluna düşəcək, qazanan isə Amerika xalqı olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib: “Ən təəccüblüsü Amerikada, bəlkə də Konqresin çox yaxınlığında yaşayan və ermənipərəst konqresmenlərlə iş birliyində olan radikal və antimilli azərbaycanlı ziyalıların susqunluğudur. Daha doğrusu, burunlarının ucunda baş verənlərə qarşı susqunluq göstərdikləri halda min kilometrlərlə uzaq məsafədə baş verən hadisələrdə dil boğaza sığmır. Onsuz da onların və onlar kimilərin rəyi nə ABŞ-da, nə Avropada, nə də Azərbaycanda əhəmiyyəti olmayan gərəksiz söz yığını kimi qəbul edilir və ciddiyə alınmır. Lakin bu qüvvələr yerli-yersiz Azərbaycan hakimiyyətinin hər bir işinə və ölkədə baş verənlərə qara şüşədən baxaraq savadsız və qərəzli fikir yürütməklə qaranlıq otaqda qara pişik axtarışındadırlar.

Xarici ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin Moskva görüşündən məmnun, Ermənistanın baş naziri Nikol Paşinyanın isə “qanıqara” qayıtmasını xüsusi vurğuladıqları halda, antimilli qüvvələr bu görüş haqqında ağız büzürlər. Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj erməni diasporunun Moskva görüşü ərəfəsindəki aksiya və etirazlarla harmoniya təşkil etməsi də hər iki qüvvənin vahid mərkəzdən - anti-Azərbaycan və anti-Türkiyə mərkəzindən idarə olunduğunu sübut edir. Bu mənada, həm Paşinyanın, həm də Azərbaycan müxalifətinin danışıqların Minsk formatına daşınması məqsədi bütün mətləbləri ortaya qoyur. Radikal müxalifətin Azərbaycana yeni güzəştlərin qəbul etdiriləcəyi və guya Rusiyanın hərbi mövcudluğunu gücləndirəcəyi iddiası isə Moskva görüşünün nəticələri ilə daban-daban ziddir. Prezident İlham Əliyevin Moskva səfəri çərçivəsində keçirilmiş üçtərəfli görüş əslində 10 noyabrda imzalanan sənədin 9-cu maddəsinin icra mexanizminə yönəlik bir görüşdür. Mətbuata verilmiş ətraflı məlumatda da deyildiyi kimi, bu görüş Ermənistanın kapitulyasiyasından sonra dayanıqlı və etibarlı təhlükəsizliyin, ticari, iqtisadi və kommunikasiya məsələlərinin müzakirəsi və həllinə həsr edilmişdir. Vaşinqtonda baş verən hadisələrə münasibət bildirilməməsinin səbəbi isə aydındır. Beşinci kolon ilə sinxron fəaliyyətdə olan, Soros və Soros kimi ermənipərəst təşkilatlara köləlik edən radikal müxalifət kölə olduqları ağalarına bir daha sadiqlik göstərdilər. Bu təşkilatların maliyyəsi ilə uzun illərdir ABŞ və Avropada yaşayan həmin qüvvələr aldıqları pulların əvəzini vermək üçün Azərbaycan hakimiyyətinə qarşı davamlı olaraq şər-böhtan dolu açıqlamalar verirlər. Həmin qüvvələr bu gün Avropada, okeanın o tayında törədilən qanunsuzluqlara, haqsızlıqlara tətbiq edilən məhdudiyyətlərə susqundurlar. Bizim heç bir ölkənin daxili işinə qarışmaq niyyətimiz yoxdur. Hər dövlət və hər xalq öz seçimində suverendir. Lakin söhbət bizim antimilli şuranın bir qrupunun Azərbaycan iqtidarının əldə etdiyi uğurlara qərəzli və düşmənçilik mövqeyindən gedir.

Daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış bu qüvvələr ağızlarına gələni, hətta karantin qaydalarının demokratiyaya zidd olduğunu deyərək Azərbaycan iqtidarını heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və müqəddəs duyğularına, şəhidlərimizin ruhuna toxunan antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar.

Sözsüz ki, bu gün radikal müxalifətin nəyə və kimə xidmət etdiklərini ictimaiyyət, bütövlükdə isə xalq çox gözəl bilir. Bu qüvvələr, heç olmasa, Azərbaycan tarixinin Zəfər səhifələrini yazmış xalqın bir gün onları mühakimə edəcəyindən qorxsunlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY

Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək