“Mənim Elektron Hökumətim” müsabiqəsinin qalibləri gələn həftə elan olunacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi “Mənim elektron hökumətim” məqalə və video süjet müsabiqəsinin qaliblərinin adları gələn həftə açıqlanacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə göndərilmiş 100-dək məlumatlardan 48 məqalə və 7 video material münsiflər heyətinə təqdim edilib. Materiallar “Elektron hökumət” portalında (https://reg.e-gov.az/musabiqe/meqale/e-read/) yerləşdirilib və geniş ictimaiyyətin müzakirəsinə verilib.
Qeyd edək ki, məqalələr 150 səhifədən ibarət 300 nüsxədə “Elektron hökumət” bülleteninin xüsusi buraxılışı kimi mətbəədə çap edilib. Qiymətləndirmə Təşkilat komitəsinin müəyyən etdiyi müxtəlif sahələr üzrə peşəkar münsiflər heyəti tərəfindən aparılıb. Mükafatlandırmada hər iki nominasiya üzrə 1-ci yer üçün 2500 manat, 2-ci yer üçün - 1500 manat müəyyən olunub. 3-cü, 4-cü və 5-ci yerlərin qalibləri isə noutbukla mükafatlandırılacaqlar. Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçı üçün e-imza kartı və kart oxuyucu hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]