Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərakeşin nüfuzlu “əl-Hərəkə” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilmişdir

Mərakeşin nüfuzlu “əl-Hərəkə” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilmişdir

Bakı, 17 fevral (AZƏRTAC). Mərakeşin nüfuzlu “əl-Hərəkə” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilmişdir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Xocalı qırğını azərbaycanlılara qarşı soyqırımı cinayətidir” başlıqlı məqalədə ölkəmizdə 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımının 20-ci ildönümünün qeyd edildiyi bildirilir.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmiş bu soyqırımı xalqımızın tarixində ən faciəli və ağrılı səhifələrdən biri kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, vəhşi təcavüzə məruz qalmış Xocalı şəhəri tamamilə dağıdılmış və misli görünməmiş etnik təmizləmə siyasəti həyata keçirilmişdir.

Müəllif məqsədlərinə nail olmaq üçün ermənilərin kütləvi qırğının ən amansız formalarından istifadə etdiklərini bildirmişdir. Bu təcavüz nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. O müdhiş gecədə 1275 sakin əsir alınmış, 150 nəfər itkin düşmüşdür. İnsanlar diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış və hamilə qadınların qarnı mizraqla yarılmışdır.

Məqalədə qeyd edilmişdir ki, 1905-1907-1918-1948-1950-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi silsilə qırğınların davamı olan Xocalı soyqırımı ermənilərin irqçi və kökünü kəsmə siyasətini əks etdirir.

Yazıda erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi, bir milyondan artıq vətəndaşın doğma yurd-yuvalarından didərgin düşdüyü və bu təcavüzün hələ də davam etdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, erməni təcavüzü bununla kifayətlənməmiş, əksəriyyəti uşaq, qadın və yaşlılardan ibarət 20 mindən çox dinc azərbaycanlıya qarşı kütləvi qətl, soyqırımı aktı davam etdirilmiş, müqəddəs İslam abidələri, məktəblər, məscidlər, tarixi abidələr yandırılmışdır.

Məqalədə dünya ictimaiyyətinin xalqımıza qarşı ermənilərin törətdiyi bu qanlı hadisələrə reaksiya verdiyi, beynəlxalq birliyin bu təcavüzü qətiyyətlə pislədiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycan qarşı təcavüzü ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələrin qəbul edildiyi də bildirilmişdir. Həmçinin məqalədə BMT Baş Məclisi Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı 60-285, 62-243 saylı qətnamələrinin, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar tərəfindən də müvafiq qərarların qəbul edildiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, bu qətnamələr ölkəmizə qarşı erməni təcavüzünü pisləyərək ermənilərin işğal edilmiş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasını tələb etmişdir.

Müəllif bir sıra İslam ölkələrinin - Səudiyyə Ərəbistanı Krallığı, Pakistan və Türkiyənin indiyədək Ermənistanla diplomatik əlaqələr qurmadığını vurğulamışdır. Pakistan, Meksika, o cümlədən, Amerikanın Texas ştatının isə parlament səviyyəsində Xocalı soyqırımını tanıdığı da məqalədə qeyd edilmişdir. Bildirilmişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqının İndoneziyada keçirilmiş yeddinci iclasında da üzv dövlətləri Xocalı soyqırımını azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanımağa çağıran qərar qəbul edilmişdir. Azərbaycan hökuməti və xalqı bu dost mövqeləri yüksək qiymətləndirir.

Müəllif məqaləsində Mərakeş Krallığının da bu işğalı və təcavüzü pislədiyini vurğulamışdır. İƏT və BMT-nin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, ərazilərinin işğaldan azad edilməsi, ölkəmizə qarşı erməni təcavüzünə son qoyulmasını tələb edən qərar və qətnamələrin qəbul edilməsində qardaş mövqe nümayiş etdirdiyi də yazıda öz əksini tapmışdır. Məqalədə Azərbaycan xalqı və hökumətinin Mərakeşin və digər dost ölkələrin qardaş dəstəyini daim yüksək qiymətləndirdiyi bildirilmişdir.

Qeyd edək ki, fevralın 24-də İSESCO-nun baş qərargahının Mərakeş dövlət rəsmilərinin, Rabatda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, ictimaiyyətin və yerli KİV nümayəndələrinin iştirakı ilə Xocalı faciəsi ilə bağlı anma mərasiminin keçirilməsi də planlaşdırılır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub