Mərkəzi Bank: 2028-ci ildə Türkiyədə inflyasiya birrəqəmli səviyyəyə düşəcək
Ankara, 12 fevral, AZƏRTAC
Bu il Türkiyədə inflyasiya 15-21 faizi keçməyəcək. Gələn ilin sonuna qədər ölkədə qiymət artımı 6-12 faizə çatacaq və 2028-ci ilə qədər hədəf inflyasiya səviyyəsinin 8 faiz olacağını proqnozlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu proqnozları Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan bölüşüb.
Onun sözlərinə görə, sərt pul siyasəti sayəsində ölkədə tələbat son dərəcə sabitdir.
“İşsizlik səviyyəsi 2025-ci ilin son rübündə azalıb və bank kartı xərcləri bir qədər artıb. Tələb strukturu inflyasiyanın azalmasını dəstəkləyir. Hazırkı trendin 2026-cı ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırıq”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.
Türkiyənin 2025-ci ilin yanvar ayı üçün əsas faiz dərəcəsi 37% olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]