Mərkəzi Bank birinci rübdə 13 not hərracı keçirib
Bakı, 30 may, AZƏRTAC
Mərkəzi Bank 2022-ci ilin birinci rübündə 13 not hərracı keçirib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, hərracların 2-də 84 günlük və 168 günlük notlar, digər 11-də isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 810 milyon manat təşkil edib. Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub. Alətlər üzrə gəlirlilik rüb ərzində fərqlənib. Son hərraclarda formalaşan gəlirlilik 84 günlük notlar üzrə 3,4 faiz, 168 günlük notlar üzrə 4 faiz, 28 günlük notlar üzrə isə faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə 6,26 faiz təşkil edib. Mərkəzi Bankın notları üzrə gəlirlilik digər maliyyə alətləri üzrə faiz dərəcələrinə təsir göstərməklə yanaşı, gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynayır. Eyni zamanda, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Belə ki, rüb ərzində banklararası REPO bazarında 1,2 milyard manatlıq 391 əqdin 822 milyon manatlıq 145 əqdi Mərkəzi Bankın notları əsasında bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]