Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini açıqlayıb

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini açıqlayıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin parametrləri dəyişdirilib. Uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 7,5 faizə çatdırılıb, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9 faiz səviyyəsində müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 28-də faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən toplantıdan bəri ölkədə inflyasiya təzyiqləri yüksəlməkdə davam edib, qiymətlərə artırıcı təsir göstərən bir sıra xarici və daxili risklər reallaşıb. Bütövlükdə xarakterinə və strukturuna görə 2021-ci ildə ölkə iqtisadiyyatı analoqu olmayan inflyasiya təzyiqləri ilə üzləşib. 2021-ci ildə dünyada pandemiya əleyhinə kütləvi peyvəndləmənin aparılması, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması, irimiqyaslı fiskal-monetar stimul proqramlarının davam etməsi, qlobal dəyər zəncirində qırılmaların qalması və məşğulluğun zəif bərpası şəraitində tələblə təklif arasında uyğunsuzluq yaranıb. Nəticədə dünyanın əksər ölkələrində, o cümlədən ticarət tərəfdaşlarında inflyasiya tempi qəbul edilmiş hədəfləri əhəmiyyətli üstələyib. Bütün bunlar idxal üzərindən ölkədə qiymətlərin dinamikasına, xüsusilə də ərzaq məhsullarının qiymətlərinə əhəmiyyətli artırıcı təsir edib. Qalıcı və yüksək ötürücülüyə malik daxili xərc amilləri də ötən il inflyasiyasının formalaşmasında mühüm rol oynayıb. Ötən il formalaşdırılan adekvat monetar şərait və məzənnə sabitliyi qiymət artımına məhdudlaşdırıcı təsir edən əsas amillərdən olub.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın baza ssenarisi üzrə proqnozuna görə, inflyasiya səviyyəsinin 2022-ci ilin sonunda hədəf diapazonunun yuxarı həddinə, 2023-cü ildə isə hədəf diapazonunun mərkəzinə yaxınlaşacağı gözlənilir. Hökumətlə Mərkəzi Bankın hazırladığı antiinflyasiya tədbirlərinin qəbulu və reallaşdırılması qiymətlər sabitliyi üzrə proqnozun reallaşmasında mühüm rol oynayacaq. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qiymətlərin dinamikası, yenilənmiş makroiqtisadi proqnozlar və risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə daxili və xarici risklərin reallaşması şəraitində inflyasiya tempi yüksəlib. Rəsmi statistikaya görə, 2021-ci ildə illik inflyasiya 12 faiz, orta illik inflyasiya 6,7 faiz təşkil edib. Orta illik baza inflyasiya isə 4,2 faiz olub. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edib. İllik ərzaq inflyasiyası 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırıb. Cari ilin yanvar ayında da davam edən ərzaq inflyasiyası dünya ərzaq qiymətlərinin dinamikasından əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son ildə 23,1 faiz, o cümlədən un məmulatları üzrə 20,7 faiz, süd məhsulları üzrə 17,4 faiz, yağlar üzrə 36 faiz, şəkər üzrə 33,6 faiz yüksəlib. Məhz dünya qiymətlərinin yüksəlməsi yanvar ayında istehlak səbətində əhəmiyyətli paya malik olan un və un məmulatlarının daxili bazarda bahalaşmasını qaçılmaz edib. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər son 1 ildə 7,7 faiz yüksəlib. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları və inşaat materialları üzrə qeydə alınıb. Xidmətlər son 1 ildə 10 faiz bahalaşıb. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirləri davam edir.

Mərkəzi Bankın sədri deyib: “İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb. İdxal qiymətlərinin yüksəlməsi öz növbəsində dünya əmtəə qiymətlərinin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin son onilliklərin tarixi maksimumuna çatması ilə izah edilir. Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə enerji qiymətləri illik əsasda 77 faiz, qeyri-enerji qiymətləri 20 faiz yüksəlib. 2021-ci ildə dünyada COVID-19 əleyhinə kütləvi peyvəndləmənin aparılması, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması və iri miqyaslı fiskal-monetar stimul proqramlarının reallaşması şəraitində tələb-təklif uyğunsuzluğunun yaranması dünyanın əksər ölkələrində presedenti olmayan inflyasiya təzyiqlərinin artmasına səbəb olub. Ötən il ölkənin əsas ticarət tərəfdaşlarında inflyasiya qəbul edilmiş hədəfləri əhəmiyyətli üstələyib. 2021-ci ildə illik inflyasiya hədəflə müqayisədə ABŞ-da 2,4 dəfə, Avrozonada 2,6 dəfə, Rusiyada 2,1 dəfə, Qazaxıstanda 1,7 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2 dəfə, Gürcüstanda 4,6 dəfə, Türkiyədə isə 7,2 dəfə yüksək olub”.

Elman Rüstəmov qeyd edib ki, pandemiyanın davam etməsi və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirlərinin davam etməsi şəraitində ölkə daxilində istehsalçı qiymətlərinin yüksəlməsi də inflyasiyanın xərc amillərini fəallaşdırır. Son 1 ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 17 faiz, nəqliyyat xidmətlərinin qiymət indeksi 5,8 faiz artıb. Qiymətləndir¬mələrə görə dövlət tərəfindən tənzimlənən qiymətlərin illik inflyasiyaya təsiri 20 faizi üstələyir.

Faktiki inflyasiyanın dinamikasının inflyasiya gözləntilərinə də təsir etdiyini deyən sədr bildirib ki, ev təsərrüfatlarının inflyasiya gözləntiləri proqnozlaşdırılan inflyasiyanı üstələyir. Müəssisələrin də inflyasiya gözləntiləri artım meylini saxlayır. Monitorinqə cəlb edilən müəssisələr arasında son ayda inflyasiya gözləntiləri, xüsusilə də xidmət və tikinti sektorlarında yüksəlib. Baza proqnoza görə, 2022-ci ildə illik inflyasiyanın 6,6-7,1 faiz intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir. Digər şərtlərin sabit qalması və mövcud meyllərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapazonuna daxil olacağı proqnozlaşdırılır.

Bildirilib ki, COVID-19-un yeni dalğalarına və onun təkliflə bağlı yaratdığı çətinliklərə baxmayaraq qlobal iqtisadi artımın davam etməsi Azərbaycan üçün ümumilikdə xarici ticarət şərtlərinin yaxşılaşması ilə müşayiət olunur. Bununla belə, koronavirusun yeni ştamları, yüksək inflyasiya gözləntiləri və bir sıra ölkələrdə mümkün maliyyə stressləri qlobal iqtisadi artım üçün əhəmiyyətli qeyri-müəyyənliklər yaradır. Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı son hesabata görə, 2022-ci ildə qlobal iqtisadiyyatın 4,4 faiz artacağı gözlənilir ki, bu da daha öncəki proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.

Son iclasdan bəri neftin dünya qiymətində artım müşahidə edilib. “Brent” markalı neftin orta qiyməti 2021-ci il üzrə 71 ABŞ dolları olduğu halda 2022-ci ilin yanvar ayının ötən dövründə 85 ABŞ dollarına yüksəlib ki, bu da 2014-cü ilin oktyabrından bəri pik səviyyədir. Beynəlxalq təşkilatların neft bazarı ilə bağlı proqnozları ümumilikdə nikbindir. Əksər analitik mərkəzlərin son proqnozlarına görə, 2022-ci ildə neftin həm hasilatının, həm də istehlakının artacağı gözlənilir. Aparıcı analitik mərkəzlərin son proqnozları əsasında hesablanan konsensus neft qiyməti təxminən 75 ABŞ dolları səviyyəsində qiymətləndirilir.

E.Rüstəmov deyib ki, ixrac qiymətlərinin yüksək templə artması və qeyri-neft ixrac potensialının yüksəlməsi tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin 11 ayında tədiyə balansının əsas komponenti olan ticarət balansının profisiti 2020-ci illə müqayisədə 2,8 dəfə artıb. Bu dövrdə ixrac 51,6 faiz, qeyri-neft ixracı 44 faiz artıb. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır. Aparılmış hesablamalar göstərir ki, neftin 50 ABŞ dolları ssenarisində cari hesabda ÜDM-in 4 faizi səviyyəsində profisit yaranır. Ümumilikdə cari hesabda gözlənilən profisit valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2021-ci ildə strateji valyuta ehtiyatları 4,8 faiz və ya 2,4 milyard ABŞ dolları artaraq 53 milyard ABŞ dollarını üstələyib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 11,1 faiz artaraq 7,1 milyard ABŞ dollarına çatıb.

İqtisadi artım tempinin gözləntiləri üstələdiyini deyən sədr qeyd edib ki, 2021-ci ildə ümumi daxili məhsul real ifadədə 5,6 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 7,2 faiz artıb. Bu, proqnozlaşdırılandan çoxdur. 2021-ci ilin III rübündən başlayaraq ümumi daxil məhsul real ifadədə pandemiyadan əvvəlki səviyyəni ötüb keçib. İqtisadi artım əsasən ticari sahələr hesabına baş verir. İqtisadiyyatda məşğulluq səviyyəsi pandemiya başlamazdan öncəki səviyyəyə yaxınlaşmaqda davam edir. Qeyri-neft sektorunda iqtisadi artıma həm daxili, həm də xarici tələbin genişlənməsi müsbət təsir edir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi 3,2 faiz artıb. Operativ məlumatlara görə dövlət büdcəsinin cari xərclərinin 2021-ci ildə 4,6 faiz artması məcmu tələbi dəstəkləyən əsas amillərdən olub. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə, son ayda əvvəlki aya nəzərən biznes inam indeksi tikinti, ticarət və xidmət sektorlarında artıb. Eyni dövrdə ticarət və xidmətdə faktiki satışlar, tikintidə isə icraya qəbul edilmiş sifarişlər artıb. Proqnozlar 2022-ci ildə iqtisadi artımın öz potensialına yaxın səviyyədə davam edəcəyini göstərir.

“Ötən ilin ikinci yarısından başlayaraq qəbul edilən pul siyasəti qərarları monetar amillərin inflyasiyaya azaldıcı təsirlərini gücləndirməyə xidmət edir. Tədiyə balansının profisitli olması, qəbul edilmiş makroiqtisadi çərçi¬və və adekvat monetar şəraitin mövcudluğu məzənnə sabitliyini dəstəkləyir ki, bu da inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir. 2021-ci ildə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin 12,1 faiz bahalaşması yüksək idxal inflyasiyasının bir qismini neytrallaşdırıb. Mərkəzi Bank monetar siyasətin inflyasiyaya azaldıcı təsirlərini pulun kəmiyyəti və dəyəri vasitəsilə də gücləndirməyə çalışır. 2021-ci ilin sonunda dövlət büdcəsindən xərcləmələrin əhəmiyyətli fəallaşması və bu məqsədlə vahid xəzinə hesabından da istifadə edilməsi pul təklifinin artım tempinin yüksəlməsi ilə müşayiət olunub. Yanvarın ötən dövründə manatla pul bazası ilin əvvəlinə nəzərən sistem əhəmiyyətli banklarla müddətli əməliyyatlar nəzərə alınmadan 10,2 faiz azalıb. Dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrində xəzinə hesabının üstün payını nəzərə alsaq, fiskal əməliyyatlar 2022-ci ilin sonunda da pul təklifinə əhəmiyyətli artırıcı təsir edə bilər. Bu şəraitdə zəruri halda pul təklifinin izafi artımını məhdudlaşdırmaq üçün adekvat açıq bazar əməliyyatları tətbiq ediləcək”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.

Vurğulanıb ki, ötən iclasdan sonra REPO əməliyyatları üzrə orta faiz dərəcələri və dövlət qiymətli kağızlarının gəlirliyi demək olar, sabit qalıb. Yeni cəlb edilmiş depozitlər üzrə faizlərin artmaqda davam etməsi milli valyutada yığımı dəstəkləməklə yanaşı, müəyyən zaman intervalından sonra kreditlərin artımına məhdudlaşdırıcı təsir edə bilər. Bank sistemi üzrə kredit portfeli 2021-ci ildə 17,7 faiz artıb. Bu artım artan depozitlər hesabına maliyyələşdirilib. Maliyyə sektorunun depozitləri çıxılmaqla bank sistemi üzrə depozitlər və əmanətlər 24,6 faiz artıb. İqtisadiyyatda dollarlaşmanın azalması davam edir. 2021-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşması 9,8 faiz bəndi azalaraq 41 faizə, kreditlərin dollarlaşması isə 4 faiz bəndi azalaraq 25,8 faizə enib. Valyuta bazarında tarazlıq qorunur ki, bu da xarici inflyasiyanın neytrallaşmasında həlledici rola malik məzənnə sabitliyini təmin edir. 2021-ci ildə valyuta hərraclarının 70 faizində təklif tələbi üstələyib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü 245 milyon ABŞ dolları təşkil edib. Valyuta hərraclarında tələbin dəyişimi tsiklik xarakter daşıyır və cari ildə neft transfertlərinin ötən illə müqayisədə əhəmiyyətli artması şəraitində onun tənzimlənməsi üçün imkanlar genişdir. Profisitli tədiyə balansı şəraitində cari ildə də valyuta bazarında tarazlıq qorunacaq. Cari ildə makroiqtisadi sabitlik və onun əsas lövbərinin dayanıqlığı məhz valyuta bazarındakı tarazlığa əsaslanır.

Elman Rüstəmov diqqətə çatdırıb ki, inflyasiyanın risk balansında artırıcı amillərin rolu yüksək olaraq qalır. Başlıca risk inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsidir ki, bu da əsasən dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin davam etməsi, beynəlxalq təchizat zəncirində problemlərin qalması və aparıcı iqtisadiyyatlarda ərzaq ehtiyatlarının gücləndirilməsi ilə bağlı ola bilər. İnflyasiya gözləntilərinin yüksək və həssas olması iqtisadi subyektlərin qiymətqoyma davranışına təsir göstərən mühüm risk mənbəyi olaraq qalır. Bərpa olunan fiskal qaydalar çərçivəsində balanslı dövlət büdcəsinə nail olunması və büdcə kəsirinin dayanıqlı mənbələr hesabına maliyyələşməsi imkanlarının yaradılması makroiqtisadi sabitliyin mühüm şərtlərindən biridir. İnflyasiyaya məhdudlaşdırıcı təsir edən amillərə ilk növbədə profisitli tədiyə balansı və neft transfertlərinin artması ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı aiddir. Digər tərəfdən monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri cari il ərzində davam edəcək. Hökumətin Mərkəzi Bankla birlikdə hazırda üzərində işlədiyi antiinflyasiya tədbirlərinin də qəbulu və reallaşması inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcək. Tədbirlər ölkədə makroiqtisadi sabitlik çərçivəsinin gücləndirilməsi, inflyasiya idxalının məhdudlaşdırılması, ölkədə istehlak malları, o cümlədən sosial əhəmiyyət daşıyan məhsulların istehsalının artırılması və təchizatının yaxşılaşdırılması, əsassız qiymət artımının məhdudlaşdırılması, habelə əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi kimi istiqamətlərdə işlənir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar da ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansı ilə yanaşı, inflyasiyanın xərc və təklif amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar yanvarın 28-dən qüvvəyə minir. Pul siyasəti qərarına dair növbəti açıqlama 2022-ci il martın 18-də veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur