MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ YENİ TƏRKİBDƏ İLK İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Sonra təşkilatı məsələyə baxılmışdır. Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdir. Svetlana Qasımova Mərkəzi Seçki Komissiyasının sədr müavini, Natiq Məmmədov isə komissiyanın katibi seçilmişlər.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.