Məşhur futbolçu peşəkar tennisdə qüvvəsini sınayacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Uruqvaylı tanınmış futbolçu Dieqo Forlan peşəkar tennislə məşğul olacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı keçmiş hücumçu həmyerlisi Federiko Koria ilə birgə “Uruqvay Open” turnirində iştirak edəcək.
Turnir noyabrın 11-dən 17-dək Uruqvayın paytaxtı Montevideo şəhərində keçiriləcək.
Qeyd edək ki, Dieqo Forlan karyerası ərzində “Mançester Yunayted” (İngiltərə), “Atletiko” (Madrid, İspaniya) və “İnter” (İtaliya) kimi tanınmış komandaların formasını geyinib. O, Uruqvay millisinin heyətində 112 matçda 36 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]