Messi “Qızıl top” mükafatını “Barselona”nın muzeyinə bağışlayıb
Bakı, 20 fevral , AZƏRTAC
Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ildə qazandığı “Qızıl top” mükafatını vaxtilə çıxış etdiyi İspaniyanın “Barselona” klubunun muzeyinə bağışlayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu mükafatın da əvvəlkilərin yanında yer almasını istəyib.
Təcrübəli forvard daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub və onların hər biri hazırda Kataloniya təmsilçisinin muzeyindədir.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. O, hazırda ABŞ-ın "İnter Mayami" klubunun formasını geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]