Milli Arxiv İdarəsində növbəti vebinar
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi işinin təşkili (komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, sənədlərin qəbulu qaydaları, sənədlərin seçilməsi, saxlama müddətinin müəyyən edilməsi metodları)” mövzusunda vebinar keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri idarənin rəis müavini Həsən Həsənov açaraq mövzunun aktuallığı və sözügedən sahədə mövcud olan qabaqcıl iş metodları barədə vebinar iştirakçılarına məlumat verib.
Daha sonra vebinar İdarənin şöbə müdiri Cəmaləddin Cavadovun məruzəsi ətrafında davam etdirilib, bu sahədə görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılıb.