Milli Azərbaycan Tarixi Muzeyində "Quran" kitabının rus dilinə qədim tərcüməsi qorunur
Bakı, 6 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Kitabxanasının Nadir kitablar fondunda müqəddəs "Qurani-Kərim"in rus dilinə qədim tərcüməsi - "Koran Maqometa" əsəri saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, "Quran" polşalı mühacir, şərqşünas alim Alber (Albin) de Biberşteyn Kazimirski tərəfindən 1864-cü ildə ərəb dilindən fransız dilinə tərcümə olunub. Müəllif kitabda Məhəmməd peyğəmbərin bioqrafiyasını da təqdim edib. Kitab rus dilinə tərcümə edilərək 1865-ci ildə Moskvada çap olunub. Əsər İslam dini və tarixi ilə maraqlananlar üçün əhəmiyyətli mənbədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]