MİLLİ BAYRAQLAR HAZIRDA ALMANİYADA ƏN ÇOX SATILAN MALDIR
Avtomobillərin banına bərkidilən kiçik bayraqların, habelə 1,5 metr ölçülü bayraqların çatışmazlığı daha çox hiss olunur. Ştutqartdakı “Dommer” tikiş fabrikinin işçisi Manfred Kroneberq demişdir ki, satışın həcmi adi vaxtlarla müqayisədə 9-10 dəfə artmışdır. Birincilik başlanmazdan əvvəl təkcə Ştutqartdakı fabrikdən yüz minlərlə bayraq alınmışdır.
Bayraqlar arasında Almaniyanın rəmzi liderlik edir, lakin İtaliya, Xorvatiya, Braziliya, İsveçrə və Fransa bayraqlarına da tələbat çoxdur. Digər ölkələrin bayraqları da piştaxtalarda qalmır. Vuppertaldakı tikiş fabrikinin işlər müdiri demişdir ki, burada tikilən Trinidad və Tobaqo bayraqlarının hamısı alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]