Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları avtomat hidroloji stansiyanın iş prinsipini öyrənirlər
Bakı, 11 avqust, AZƏRTAC
Azad olunmuş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə əsas su obyektlərinin çaylar üzərində avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində keçirilən təlimlərin praktiki hissəsi Zəngilan, Qubadlı və Xocavənd rayonları ərazisində davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, keçirilən təlimlərdə istehsalçı “Xylem” şirkətinin mütəxəssisləri tərəfindən Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarına avtomat hidroloji stansiyasının iş prinsipi əyani olaraq izah edilir.