Milli Kitabxana “Professor Anar İsgəndərov” adlı virtual sərgi hazırlayıb
Bakı, 25 may, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli Azərbaycan tarixçisi, professor Anar İsgəndərovun həyat və fəaliyyətini əks etdirən “Professor Anar İsgəndərov” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan virtual sərgidə professor Anar İsgəndərov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, onun müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri, mükafatları və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Professor_Anar_Isgenderov/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, alim 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir. O, ilk dəfə olaraq bir əsr ərzində türk-müsəlman soyqırımı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş əsərləri tarixşünaslıq baxımından təhlil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]