Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
Bakı, 29 dekabr, AZƏRTAC
Milli Kitabxanada görkəmli kimyaçı-alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi sərgi açılıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə rəsmi sənədlər, fotolar, akademikin tədqiqat əsərləri, həyat və fəaliyyəti, elmi istiqamətləri və xidmətləri haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri-mətbuatda dərc olunmuş məqalələr nümayiş olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.