Milli Kitabxanada “Ümumdünya Mülki Müdafiə Günü” adlı kitab sərgisi açılıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Ümumdünya Mülki Müdafiə günü” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə mövzuya uyğun olaraq kitablar və dövri mətbuat materialları nümayiş olunur. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il 1 mart Ümumdünya Mülki Müdafiə günü kimi qeyd olunur. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Sərgi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]