MİLLİ MƏCLİS AZƏRBAYCANIN ÜMUMDÜNYA POÇT KONVENSİYASINA QOŞULMASINA RAZILIQ VERDİ
İclasda Azərbaycanın “Ümumdünya Poçt Konvensiyasına qoşulması haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulması haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Altıncı Əlavə Protokola qoşulması haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, Azərbaycan adı çəkilən sənədlərə bəyanatla qoşulur.
Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik rayonları işğal edildiyi və həmin işğalın davam etməsi ilə əlaqədar Azərbaycan Ümumdünya Poçt Konvensiyasındakı müddəaları Ermənistana münasibətdə tətbiq etməyəcəkdir.
Ümumiyyətlə isə sənədlərə qoşulmaqla ölkəmizin beynəlxalq əlaqələri genişlənəcəkdir. Azərbaycanın bu təşkilata üzvlük haqqında da fərq var. Belə ki, ölkəmiz quruma ildə 25 min ABŞ dolları üzvlük haqqı ödəyəcəkdir. Bu məbləğ dövlət büdcəsindən deyil, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsərrüfat hesablı müəssisələri tərəfindən ödəniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]