MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Ziyafət Əsgərov BQXK-nın Azərbaycanda xeyirxah işlər gördüyünü, beynəlxalq humanitar hüququn Azərbaycan Silahlı Qüvvələrində tətbiqi, qaçqınlar və məcburi köçkünlər ilə əlaqədar tədbirlər həyata keçirdiyini minnətdarlıqla xatırlatmış və əmin olduğunu bildirmişdir ki, bu xeyirxahlıq, qarşılıqlı əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Meri Vernts səmimi sözlər üçün təşəkkür etmiş, BQXK-nın 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərdiyini xatırlatmış və qurumun təkcə Azərbaycanda deyil, həm də bütövlükdə Cənubi Qafqazda gördüyü işlər barədə qısa məlumat vermişdir. O, həyata keçiriləcək proqramlardan, o cümlədən vərəmə qarşı aparılacaq mübarizə tədbirlərindən danışmış, itkin düşmüş şəxslər probleminə toxunmuşdur. Bildirmişdir ki, münaqişə ilə bağlı itkin düşmüşlərin 80 faizi hərbçilərdir. Meri Vernts Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq etdiklərini xüsusi vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.