MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspektivlərindən danışmış, bu cür səfərlərin münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə göstərdiyi yardımlara görə BƏƏ-nin rəhbərliyinə minnətdarlığını bildirmiş, bu dəstəyin davamlı olacağına inandığını söyləmişdir.
Parlamentlərarası əlaqələrin inkişafından razılığını bildirən O.Əsədov qeyd etmişdir ki, hər iki ölkənin qanunverici orqanında yaradılmış dostluq qrupları bu işdə mühüm rol oynayırlar.
Əli bin əs-Seyyid Əbdürrəhman əl Haşim Azərbaycana Qafqaz Müsəlmanları İdarəsi sədrinin dəvəti ilə gəldiyini və səfərdən məmnun qaldığını bildirmişdir. O qeyd etmişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün gözəl zəmin vardır. Qarşılıqlı səfərlər münasibətlərimizi daha da genişləndirir. Səfərdən, eləcə də bu görüşdən əsas məqsəd əlaqələrimizin hərtərəfli inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov, Milli Məclis-BƏƏ parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.