Milli Məclisə seçkilərdə səsvermə 5573 məntəqədə keçiriləcək
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə səsvermə 5573 məntəqədə aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
Qeyd edək ki, səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq və axşam saat 19:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, həmçinin “Rəy” Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]