MİLLİ MƏCLİSİN DEPUTATI NATO-NUN 63-CÜ ROUZ–ROUT SEMİNARINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 22-dən 24-dək Rusiya Federasiyasının Soçi şəhərində NATO Parlament Assambleyasının 63-cü Rouz–Rout seminarı keçiriləcəkdir.
Toplantıda Azərbaycan parlamentini Milli Məclisin deputatı Məlahət Həsənova təmsil edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, seminarda Cənubi Qafqazda təhlükəsizlik məsələləri, Rusiya-NATO əməkdaşlığı, dondurulmuş münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu, Abxaziyada, Cənubi Osetiyada vəziyyət və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin deputatı toplantıda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]