MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT, ELM VƏ TƏHSİL MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYALARININ BİRGƏ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında hökumət rabitəsi, mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlığa dair sazişlər, GUÖAM-ın üzvü olan dövlətlər arasında ticarət və daşımalara yardım üzrə Qarşılıqlı Anlaşma Memorandumu, gömrük işlərində qarşılıqlı əməkdaşlıq haqqında Saziş və digər qanun layihələri müzakirə olunmuşdur.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, adları çəkilən layihələr Azərbaycanla Qazaxıstan, eləcə də, GUÖAM-a üzv olan ölkələr arasında münasibətlərin inkişafına, əlaqələrin genişlənməsinə imkan yaradacaqdır.
Müzakirələrin sonunda qanun layihələrini Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]