Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyası başa çatıb YENİLƏNİB VİDEO

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışından danışıb. Bildirib ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir. Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi.

Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünün də keçirildiyini qeyd edən sədr bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq.

Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə çıxış edən deputatlar mayın 28-də Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşünün ölkəmizin xarici siyasətində dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin önəmli yer tutduğunu bir daha nümayiş etdirdiyini vurğulayıblar. Bu üç dövlətin siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqeyindən söhbət açıblar. Laçında sürətli yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdıraraq, burada istifadəyə verilmiş hava limanının həm strateji, həm də Şərqi Zəngəzurun iqtisadi inkişafı, habelə turizmin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi baxımından vacibliyindən bəhs ediblər.

Müzakirələr zamanı deputatlar bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.

Sonra Sahibə Qafarova iclasda 10 məsələnin müzakirə ediləcəyini söyləyib. O, birinci məsələnin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat olduğunu bildirib.

Bu məsələ ilə əlaqədar iclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2024-cü il üzrə məlumatını slaydlar vasitəsilə təqdim edib. O bildirib ki, 3 bölmədən ibarət məlumat 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyalar, Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatları əsasında hazırlanıb. Qeyd edib ki, məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib.

Diqqətə çatdırılıb ki, məlumatın I bölməsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrı-seçkilik halları ilə bağlı mövcud vəziyyət, idarəetmədə qadın və kişilərin təmsilçiliyi barədə məlumatlar öz əksini tapıb.

2024-cü ildə qanunvericiliyə edilən dəyişikliklər barədə söhbət açan komitə sədri Ailə Məcəlləsinin nikah yaşının bir ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan müvafiq maddəsinin ləğv edildiyini, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsinin genişləndirildiyini, ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanmasının qadağan edildiyini, qısamüddətli mühafizə orderinin müddətinin artırıldığını, zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydasının təsdiq edildiyini, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizminin yaradıldığını söyləyib.

Çıxışının sonunda Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla səmərəli əməkdaşlığı davam etdirdiyini, bu sahədə uğurlu nəticələr əldə olunduğunu bildirib.

Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin prioritet məsələlərdən olduğunu, bu sahədə mövcud qanunvericilik bazasına əsasən qadınlara bərabər imkanların yaradıldığını, ictimai həyatın bütün sahələrində onların fəal iştirakı üçün mühüm işlərin görüldüyünü bildirib.

O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı parlamentdə davamlı olaraq müvafiq tədbirlərin, görüşlərin həyata keçirildiyini söyləyib. Müzakirəyə təqdim olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatında bütün sahələr üzrə aparılan ətraflı təhlillərə dair göstəricilərin, əldə edilən uğurlu nəticələrin, təklif və tövsiyələrin, habelə qarşıda duran vəzifələrin əks olunduğunu deyib.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər öz fikir və qeydlərini bildiriblər.

Müzakirələrin sonunda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.

S.Qafarova növbəti məsələnin üçüncü oxunuşda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. O, əvvəlki oxunuşlarda sənədin ətraflı müzakirə edildiyini, səslənən fikirlərə münasibət bildirildiyini söyləyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.

Konstitusiya Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova xatırladıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. O, bu gün birinci səsvermənin keçirildiyini, 6 aydan sonra bu Konstitusiya Qanununa ikinci səsvermədə münasibət bildiriləcəyini qeyd edib.

Milli Məclisin sədri növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O, beynəlxalq sazişlə bağlı olduğuna görə bu qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, bir oxunuşda baxılıb, qəbul ediləcəyini söyləyib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmin qanun layihəsini təqdim edib. O, dünyanın aparıcı ölkələrindən olan Çin Xalq Respublikası ilə imzalanmış bu sənədin xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanla Çin arasında münasibətlərin iqtisadi, humanitar, nəqliyyat, enerji, beynəlxalq təhlükəsizlik sahələrində strateji xarakter daşıdığını bildirib. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Saziş yalnız qısamüddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə söhbət açıb. O, birinci oxunuşda təqdimat zamanı sənəd haqqında ətraflı məlumat verildiyini deyib və onun növbəti dəfə dəstəklənməsini xahiş edib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib.

Qeyd edilib ki, sənədin qəbulu ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının səviyyəsinin artırılmasını təmin edəcək, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfə verəcək.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini və sənədin deputatlar tərəfindən dəstəkləndiyini bildirib, ikinci oxunuşda səsə qoyulmasını xahiş edib.

Komitə sədri Əli Hüseynli isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O qeyd edib ki, layihənin məqsədi bütün inzibati xətalar haqqında protokol və qərarları ümumiləşdirərək, onun uçotunun izlənilməsi üçün "İCMAL" informasiya sisteminin yaradılmasıdır.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.

Sonra “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Qanun layihəsinin əhəmiyyətindən söz açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklif olunan dəyişikliklərin ədliyyə orqanlarında keçirilən islahatların yeni mərhələsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, təqdim olunan qanun layihəsinin əsas mahiyyəti ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılmasından ibarətdir. Bu hesabın yaradılmasında məqsəd nazirliyin hesabına daxil olan maliyyə vəsaitlərinin vahid hesaba cəmlənməsi, həmin vəsaitlər hesabına ədliyyə orqanlarında çalışan əməkdaşların maddi təminatının və sosial müdafiəsinin gücləndirilməsidir.

Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, təklif olunan müvafiq dəyişikliklər də Milli Fəaliyyət Planında qeyd edilən tədbirlərin təmin edilməsi məqsədi ilə hazırlanıb. Belə ki, "Bələdiyyələrin statusu haqqında" Qanuna təklif olunan yeni maddə bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Vahid informasiya sisteminin yaradılması bələdiyyələrin fəaliyyətində hüquqpozmaların qarşısının alınmasına və şəffaflığın artırılmasa xidmət edəcək. Sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi təklif olunur. Qanun layihəsində təklif olunan digər dəyişikliklər isə, bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.

Deputatların fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəlikdəki məsələlər başa çatdıqdan sonra Milli Məclisin sədri bildirib ki, bu gün yaz sessiyasının son iclasıdır. O qeyd edib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün ona müraciət edib və iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaq.

Sonra yaz sessiyasının yekunları barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib. Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiqlənib.

Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Milli Məclisin yaz sessiyası başa çatıb YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb