MİLLİ MƏCLİSİN YAZ SESSİYASI DA MƏHSULDAR İŞLƏYƏCƏKDİR
Növbəti sessiyanın da məhsuldar olacağına əminliyini bildirən Arif Rəhimzadə qeyd etmişdir ki, planda 26 qanunun qəbul olunması, qanunlara əlavə və dəyişikliklərin edilməsi və qanunvericilik subyektləri tərəfindən verilən təkliflərə baxılması nəzərdə tutulmuşdur. Dövlətimizin hüquq siyasətinə, ölkəmizin iqtisadiyyatına, əhalinin sosial həyatına dair qanun layihələri müzakirəyə çıxarılacaqdır.
Natiq bildirmişdir ki, Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu işləri xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin ideyalarına uyğun olaraq davam etdirilir. Milli Məclisin qəbul etdiyi qanunlar, qərarlar və digər hüquqi sənədlər beynəlxalq standartlara cavab verir.
Sonda Arif Rəhimzadə jurnalistləri maraqlandıran suallara cavab vermişdir.