MİLLİ MƏCLİSİN YAZ SESSİYASININ VAXTI UZADILA BİLƏR
Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əsasən bəzi qanunların dəyişdirilməsini, eləcə də yaz sessiyasının iş planına salınmış qanun layihələrindən bir neçəsini müzakirə etməmişlər.
İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə demişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin demək olar ki, hamısını yerinə yetirmişdir. Qurumun siyasi məhbuslar üzrə məruzəçisi, eləcə də, Avropa Şurasının baş katibi Valter Şvimmer ölkəmizdə gedən demokratik proseslərdən razı qaldıqlarını bildiriblər. Ona görə də narahatçılığa səbəb yoxdur. Yaz sessiyasının iş planına daxil edilmiş məsələlərin müzakirəsində gecikmə var. Buna görə bir neçə deputat parlament rəhbərliyinə müraciət etmişdir. Müraciətlərin sayı artarsa rəhbərlik məsələni müzakirə edəcək və lazım gələrsə, sessiyanın müddəti uzadıla bilər.