Milli qiymətləndirmədə 2400-ə yaxın şagirdin biliyi yoxlanılıb
Bakı, 10 mart, AZƏRTAC
III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb. Təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.
Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]
Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq
- 07.10.2026 [10:11]