Millimizin sabiq futbolçusu: “İdman Ustası” adına layiq görülmək qürurvericidir
Bakı, 8 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görüldüyümə görə çox sevincliyəm. Ancaq bununla kifayətlənmək istəmirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında millimizin sabiq futbolçusu Əfran İsmayılov “Azərbaycan Respublikasının İdman Ustası” adına layiq görülməsi haqqında danışarkən bildirib.
Təqdimetmə zamanı gənclər və idman naziri Fərid Qayıbovla arasındakı dialoqdan da bəhs edən veteran yarımmüdafiəçi deyib: “Cənab nazir mənə bildirdi ki, bu dərəcəni almağa gecikmisən. Düşünürəm ki, bunun səbəbi məsuliyyətsizliyimlə əlaqəlidir. Çox vaxtım yox idi və bəzi səbəblərə görə başım qarışıq idi. Nəhayət, bu dərəcəyə layiq görüldüm”.
İsmayılov bildirib ki, uğura gedən yolda dayanmaq olmaz: “Daha irəliyə doğru addım atmağı hədəfləyirəm. Belə bir ada layiq görülməyim sevindirici və qürurvericidir”.
Qeyd edək ki, Əfran İsmayılov hazırda “Araz-Naxçıvan” komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]
“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır
- 30.09.2026 [09:25]
Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]