Millinin basketbolçusu: Qızlarla aramızda söz vermişdik ki, Azərbaycana yüksək nəticə ilə qayıdacağıq
Bakı, 16 iyul, AZƏRTAC
“Uzun zamandır bu turnirə hazırlaşırdıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbəllütariqdə keçirilən Avropa çempionatının C divizionunun qalibi olan 16 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisinin üzvü Leyla Allahverdiyeva deyib.
O, turnirindən öncə kuboku qazanacaqlarına inandıqlarını söyləyib: “Əsl ailə kimi mübarizə apardıq. Qızlarla aramızda söz vermişdik ki, Azərbaycana yüksək nəticə ilə qayıdacağıq. Məşqçilərin dəstəyi bizə özünəinam verdi”.
Gənc basketbolçu qrupun ilk oyununda Ermənistan üzərində əldə edilən qələbənin komandaya böyük motivasiya verdiyini vurğulayıb: “Ermənistanla oyundan əvvəl məşqçilər heyəti bizi yaxşı stimul verdi. Düzdür, həyəcan var idi. Lakin onlara qalib gəlməyi bacardıq”.
Qeyd edək ki, Azərbaycan millisi turnirin finalında Kipr seçməsinə 69:52 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]