MİNA PARTLAYIŞLARI NƏTİCƏSİNDƏ 10 NƏFƏR HƏLAK OLMUŞDUR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, ötən il respublikamızda 16 mina partlayışı hadisəsi baş vermiş, nəticədə 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, 10 nəfər isə həlak olmuşdur.
2001-ci ildən bəri baş vermiş 70 mina partlayışı nəticəsində 101 nəfər yaralanmış, 48 nəfər isə dünyasını dəyişmişdir.